İnsan Resursları üzrə Mütəxxəssis vakansiyası

 

Öhdəliklər:

- Əmək qanunvericiliyinə, müəssisənin əsasnamə və təlimatlarına uyğun olaraq işçilərin işə qəbulu, xitamı və vəzifə dəyişikliklərinin rəsmiləşdirilməsi;

- İllik məzuniyyət qrafiklərinin hazırlanması, məzuniyyət və xəstəlik vərəqələrinin uçotu, icazələrin qeydiyyatı;

- Tabel cədvəlinin hazırlanması;

- Şirkətdaxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət və intizam tənbehlərinin (xəbərdarlıq, töhmət və s.) qeydiyyatı;

- Vakansiyalar üzrə elanların yerləşdirilməsi, namizədlərin seçilməsi (screening) və müsahibələrin təşkili/keçirilməsi;

- İşçilərin fəaliyyətinin qiymətləndirilməsi üçün KPI izlənilməsində iştirak, performans nəticələrinin təhlili və hesabatlılığı.

- Xarici agentlərlə danışıqların aparılması, müqavilələrin tərtib edilməsi.

 

Tələblər:

Təhsil: Ali təhsil (İnsan Resurslarının İdarə Edilməsi, Biznesin İdarə Edilməsi və ya müvafiq sahədə);

Təcrübə: İnsan resursları sahəsində ən azı 1 il iş təcrübəsi;

Dil bilikləri: Azərbaycan dili (səlis), Rus və ya İngilis dili (B1-B2 - danışıq səviyyəsində)

Qanunvericilik bilikləri: Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini (Əmək Məcəlləsini) mükəmməl səviyyədə bilmək;

Kompüter bilikləri: MS Office və Outlook`dan sərbəst istifadə edə bilmək.

 

Komandada işləmək bacarığı;

Operativlik, məsuliyyət və stressə davamlılıq;

Analitik düşüncə və problem həll etmə bacarığı.

 

İş şəraiti:

Əmək haqqı: 800 -1000 azn (müsahibə əsasında təyin olunur)

İş rejimi: Tam ştat | 6 günlük iş qrafiki (6-cı gün yarım gün və növbəli)

İş yeri: Zaur Nurdiraliyev 79, Bakı KOB evi

 

Uyğun namizədlər CV-lərini [email protected] mail ünvanına başlıqda vakansiya adını qeyd etməklə göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.