İnsan Resursları üzrə Ödənişsiz Təlim Proqramı
HR sahəsində karyera qurmaq istəyənlər üçün 1 aylıq onlayn təlim proqramına qeydiyyat başlayıb. Təlim müddətində İnsan Resursları sahəsinin əsasları, əmək qanunvericiliyi və işə qəbul prosesləri üzrə praktik biliklər əldə edəcəksiniz.
Təlimçi: Şəfa Mehdiyeva (ADY QSC – HR mütəxəssisi)
Format: Onlayn
Dərs günləri: Həftənin 1 və 3-cü günləri
Saat: 21:00
Təlim proqramının sonunda imtahan keçiriləcək və yüksək nəticə göstərən iştirakçılar təqaüd əldə edəcək.
Təlim proqramında aşağıdakı mövzular tədris olunacaq:
İnsan Resurslarının əsasları və HR funksiyaları
Əmək hüququnun anlayışı və əsas prinsipləri
Əmək münasibətlərinin yaranması və əmək müqaviləsi
İşə qəbul prosesi və sınaq müddəti
İş vaxtı və istirahət vaxtı
Məzuniyyətlər və onların növləri
Əmək intizamı və intizam məsuliyyəti
ƏMAS sistemi – işə qəbul və xitam prosesi
Qeydiyyat: +994 99 747 55 95
Email: [email protected]