İnsan Resursları üzrə Təcrübəçi Vakansiyası
145 Group komandası olaraq İnsan Resursları sahəsində karyerasına başlamaq istəyən gənc, motivasiyalı və öyrənməyə açıq namizədlər üçün İnsan Resursları üzrə Təcrübəçi vakansiyası elan edirik. Namizədlər restoran sahəsində fəaliyyət göstərən struktur daxilində insan resursları proseslərinə dəstək göstərəcəklər.
Vəzifə öhdəlikləri:
• Restoran sahəsi üzrə insan resursları əməliyyatlarına operativ dəstək vermək
• İşçi məlumatlarının Excel üzərində dəqiq və sistemli şəkildə işlənməsi
• İşə qəbul və sənədləşmə proseslərinə dəstək göstərmək
• Gündəlik inzibati insan resursları tapşırıqlarının icrası
• İnsan resursları komandası ilə birlikdə ümumi proseslərin idarə olunmasına yardım etmək
Namizədə tələblər:
• Son kurs tələbələri, magistr tələbələri və ya yeni məzunlar
• Excel bilikləri – mütləq (əsas funksiyalar və cədvəl idarəetməsi)
• Restoran sahəsində iş mühitinə uyğunlaşma bacarığı
• Məsuliyyətli, dəqiq və detallara diqqətli olmaq
• Komanda ilə işləmə və ünsiyyət bacarığı
• Öyrənməyə açıq və inkişaf yönümlü olmaq
• Təcrübəsi olan namizədlərə üstünlük verilir
• Azərbaycan dili – ana dili, Rus dili – səlis, İngilis dili – B1 səviyyə
İş şərtləri:
• Təcrübə müddəti: 3 ay
• İş qrafiki: 09:00 – 18:00
• Bəzi günlər part-time rejim mümkündür
• Nahar təmin olunur
• İş yeri: ISR Plaza
Biz təklif edirik:
• Real və praktiki insan resursları təcrübəsi
• Restoran sahəsində dinamik iş mühiti
• Peşəkar insan resursları komandası ilə mentoring dəstəyi
• Karyera inkişafı üçün güclü başlanğıc imkanı
• Öyrənmə və inkişaf yönümlü mühit
Müraciət qaydası:
CV-lərinizi mövzu hissəsində “İnsan Resursları üzrə Təcrübəçi” qeyd etməklə aşağıdakı e-mail ünvanına göndərin: [email protected]