Domino's Pizza Azərbaycan İnsan Resursları və Administrativ işlər üzrə kiçik mütəxəssis vakansiyası elan edir.

 

Vəzifə öhdəlikləri:

·       İşə qəbul zamanı işçi sənədlərinin düzgün şəkildə yığılması

·       Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması

·       Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə

·       ƏMAS portallarında bütün lazımı əməliyyatları icra etmək (işə qəbul, xitam, dəyişiklik)

·       İşçilərin şəxsi işlərinin formalaşdırılması və müntəzəm olaraq dəyişikliklərin qeydiyyatının aparılması 

·       Əmək kitabçalarının doldurulması

·       ERP proqramında işçi məlumatlarının daxil edilməsi və yenilənməsi

 

Namizədə tələblər:

·       Müvafiq sahə üzrə ali təhsil 

·       Bu sahədə minimum 6 ay və ya 1 il iş təcrübəsi

·       Azərbaycan Respublikasının Əmək Məcəlləsi haqqında biliklər

·      Kargüzarlıq haqqında biliklərin olması

·       MS Office (Word, Excel) kompüter proqramlarından istifadə etmək bacarığı

İş şərtləri:

·       Həftədə 5 iş günü, 09:00 – 18:00

·       Əmək haqqı namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir

·      Korporativ nömrə şirkət tərəfindən təmin edilir

 

Müraciət prosesi: Maraqlanan namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.