ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
İnsan Resursları və İnformasiya şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir
Vəzifənin məqsədi:
Kollecdə insan resurslarının idarə olunması, kadr siyasətinin formalaşdırılması və informasiya təminatının effektiv təşkili, əmək qanunvericiliyinə və müvafiq normativ-hüquqi aktlara uyğun olaraq şöbənin fəaliyyətinə rəhbərlik etmək.
Əsas vəzifə öhdəlikləri:
• İnsan resursları sahəsində strategiyanın hazırlanması və icrasına rəhbərlik etmək;
• İşə qəbul, yerdəyişmə, vəzifə artımı və əmək müqavilələrinin idarə olunmasını təmin etmək;
• Əmək qanunvericiliyinə, Təhsil Qanununa və digər normativ sənədlərə əməl olunmasına nəzarət etmək;
• Kadr uçotu, şəxsi işlərin aparılması və müvafiq hesabatların hazırlanmasını təşkil etmək;
• İnformasiya axınının düzgün və vaxtında təmin edilməsinə nəzarət etmək;
• Elektron məlumat bazalarının və sənəd dövriyyəsinin effektiv idarə olunmasını təmin etmək;
• Şöbənin işinin planlaşdırılması, koordinasiyası və əməkdaşların fəaliyyətinə rəhbərlik etmək;
• Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
Namizədə tələblər
• Ali təhsil (idarəetmə, hüquq, insan resursları, təhsil sahəsi üzrə arzuolunandır);
• İnsan resursları sahəsində minimum 5 il iş təcrübəsi, rəhbər vəzifədə təcrübə üstünlükdür;
• Əmək Məcəlləsi və təhsil sahəsinə dair normativ-hüquqi aktlar üzrə biliklər;
• Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı (rus və ya ingilis dili arzuolunandır);
• Analitik düşünmə, təşkilatçılıq və liderlik bacarıqları;
• MS Office və müvafiq elektron idarəetmə sistemlərində işləmək bacarığı.
İş şəraiti
• Tam ştat;
• Əmək qanunvericiliyinə uyğun əmək müqaviləsi;
• Peşəkar inkişaf və karyera imkanları.
Müraciət qaydası:
Namizədlər CV və motivasiya məktubunu mövzu hissəsində “İnsan Resursları və İnformasiya şöbəsinin müdiri” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Sənədlərin son qəbul tarixi 15 yanvar 2026-cı il.