“A+CO” ASC “İnzibati işlər üzrə operator” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
· Şirkətin təminat fəaliyyətinin effektiv təşkili məqsədilə cavabdeh olduğu xidmətlərin icra vəziyyətinə dair vahid baza yaradılmasını təşkil etmək
· Alınan məhsulların müvafiq standartlara uyğunluğuna nəzarət etmək, qəbul prosesində iştirak etmək və ehtiyaclar üzrə aidiyyəti müəssisə və qurumlara sifarişlərin vaxtında verilməsini təmin etmək
· Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarının, eləcə də büdcənin hazırlanmasında iştirak etmək və təsdiq olunmuş planların icrasını təmin etmək;
· İnzibati işləri səmərəli şəkildə təşkil etmək və daxili prosedurların tətbiqini təmin etmək;
· Ofis idarəetməsinin effektivliyini dəstəkləmək və gündəlik inzibati fəaliyyətləri nəzarətdə saxlamaq;
· Müqavilələri toplamaq və rüblük ödəniş hesabatlarını hazırlamaq;
· Əlavə xərclərlə bağlı məlumatları dəqiq toplamaq və hesabatlarda əks etdirmək
· Ofis anbarının fəaliyyətinə nəzarət etmək: təsərrüfat mallarının vaxtında təchiz olunmasını, əşyaların və materialların dövriyyəsini və texniki vəziyyətini izləmək;
· İnzibati işlər şöbəsinin əməkdaşlarının fəaliyyətinin koordinasiyasında rəhbərliyə dəstək göstərmək;
· Müvafiq İnzibati hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək.
Tələblər:
· 25-35 yaş və yalnız xanım namizədlər;
· Ali təhsil ;
· Sənədləşmə qaydaları və kargüzarlıq işləri üzrə ilkin anlayış;
· MS Office proqramlarından istifadə etmək bacarığı;
· Məsuliyyətlilik, komanda ilə iş bacarığı, stressə davamlılıq;
İş şəraiti:
· İş yeri: Xırdalan şəhəri;
· İş qrafiki: 6 günlük iş qrafiki, saat 09:00-17:00; Şənbə günü 09:00-13:00
· Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İnzibati işlər üzrə operator “ yazaraq [email protected] ünvanına göndərə bilərsiniz.