Təlim kursunun ikinci buraxılışına hazırsınız? 

 

Gender Hub Azərbaycan “İqlim Dəyişikliyi Kontekstində Qadınların Hüquq və İmkanlarının Gücləndirilməsi” təlim kursunun ikinci buraxılışına qeydiyyatı açıq elan edir 

 

3 gün müddətində həyata keçiriləcək bu təlim kursu gender stereotipləri, məişət zorakılığı ilə mübarizə yolları, erkən nikahların qarşısının alınması və gənc qadınlar arasında iqlim dəyişikliyi haqqında məlumatlılığı artırmaqla yanaşı, bu sahədə sosial işçilərin, hüquqşünasların və psixoloqların rolunu gücləndirmək məqsədi daşıyır.

 

Qeyd edək ki, bu layihə üç mərhələdən ibarət uzunmüddətli təlim kursudur. Qeydiyyat və müsahibə mərhələsindən uğurla keçən iştirakçılar təlimlərdə iştirak edəcək, daha sonra isə kursun davamlılığı üçün fəaliyyətlər həyata keçirəcəklər. Uğurlu davamlılıq fəaliyyəti göstərən iştirakçılar layihənin yekun mərhələsi olan panel müzakirəsində öz fəaliyyətlərini, qarşılaşdıqları çətinlikləri və qazandıqları imkanları digər maraqlı tərəflərlə bölüşəcəklər.

 

 Bakı

 29-31 Avqust, 2025

 Qeydiyyat üçün son tarix: 10 Avqust

 İştirak etmək üçün müraciət formu doldurmaq zəruridir. 

Müraciət et

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.