Vakansiya: İR üzrə kiçik mütəxəssis
Azertexnolayn MMC – Polietilen Məmulatları Zavodu komandamıza İR üzrə kiçik mütəxəssis vəzifəsi üzrə məsuliyyətli və inkişaf yönümlü əməkdaş axtarır.
Vəzifə öhdəlikləri:
Əmək müqavilələrinin bağlanması, dəyişikliklərin edilməsi və xitam proseslərinin icrası
Elektron informasiya sistemində (əmək müqavilələri, əmrlər, məzuniyyətlər və s.) bütün rəsmiləşdirmə işlərinin aparılması
İşçilərin işə qəbul, işdən çıxış və vəzifə dəyişiklikləri ilə bağlı sənədləşmənin həyata keçirilməsi
Gündəlik işə davamiyyətə nəzarət və hesabatların hazırlanması
Aylıq tabel (iş vaxtının uçotu) və əməkhaqqı hesablanması üçün məlumatların hazırlanması
Əmrlərin (məzuniyyət, ezamiyyət, intizam və s.) hazırlanması və qeydiyyatı
İllik məzuniyyət və təlim planlarının hazırlanmasında iştirak və icrasına nəzarət
İşçi heyətinə Əmək Məcəlləsi və daxili qaydalarla bağlı ilkin məlumatların verilməsi
HR sənədlərinin düzgün saxlanılması və arxivləşdirilməsi
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası
Tələblər:
Cins: Kişi
Ali təhsil
1–2 il müvafiq sahədə iş təcrübəsi
MS Office proqramları (xüsusilə Excel) üzrə yaxşı biliklər
Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə baza bilikləri
Analitik düşüncə, düzgün ünsiyyət, komanda ilə işləmə və öyrənməyə açıqlıq
Şirkət tərəfindən təmin edilir:
Nahar
Telefon limiti
Bakı şəhərindən servis xidməti
İş yeri: Sumqayıt Sənaye Parkı
İş rejimi: Həftə içi 5 gün, 09:00–18:00
Uyğun namizədlər “İR üzrə kiçik mütəxəssis” mövzu başlığı ilə CV-lərini
[email protected] elektron ünvanına göndərə bilərlər.