VAKANSİYA: İş yerlərinin attestasiyası üzrə inspektor (Tam ştat)
İş qrafiki: Tam ştat
Əmək haqqı: Müsahibə və razılıq əsasında
Başlama tarixi: Mümkün qədər tez
Vəzifənin məqsədi:
İş yerlərinin attestasiyasının (əmək şəraitinin qiymətləndirilməsi) aparılması, ölçmə və yoxlamaların təşkili, nəticələrin sənədləşdirilməsi və müvafiq standartlara uyğunluğun təmin edilməsi.
Vəzifə öhdəlikləri:
- İş yerlərinin attestasiyası üzrə sahə yoxlamalarının və qiymətləndirmələrin aparılması
- Risk faktorlarının müəyyən edilməsi (fiziki, kimyəvi, bioloji, ergonomik və s.) və hesabatlandırma
- Ölçmə proseslərinin planlanması və icrası (ölçmə avadanlıqları ilə iş və ya ölçmə xidmətlərinin koordinasiyası)
- Attestasiya sənədlərinin hazırlanması, aktlar, protokollar, yekun hesabatlar, tövsiyələr
- Müştəri/obyektlə işin təşkili: ilkin baxış, məlumatların toplanması, görüş və təqdimatlar
- Daxili prosedurların tətbiqi və keyfiyyət sisteminə uyğun sənədləşmə
- Auditlərə hazırlıq və uyğunluğun qorunması
Tələblər (mütləq):
İş yerlərinin attestasiyası / əməyin mühafizəsi / əmək gigiyenası və ya yaxın sahədə praktiki təcrübə
ISO/IEC 17020 üzrə biliklər (mütləq), inspeksiya fəaliyyətinin prinsipləri, qərəzsizlik, səriştəlilik, prosedur və qeydlər
Texniki hesabat yazmaq, protokol və aktlarla işləmək bacarığı
Sahə işlərinə hazırlıq, operativlik və məsuliyyət
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət (rus/ingilis dili üstünlükdür)
Üstünlük verilir:
- Əməyin mühafizəsi üzrə sertifikatlar və ya ixtisasartırma təlimləri
- Ölçmə avadanlıqları ilə iş təcrübəsi (səs-küy, vibrasiya, işıqlandırma, mikroiqlim və s.)
- ISO 9001 / ISO 45001 ilə tanışlıq
- Ezamiyyət imkanları
Təklif edirik:
- Stabil ştat iş yeri və uzunmüddətli əməkdaşlıq
- Peşəkar komandada inkişaf və təlim imkanları
- Layihələrdə iştirak və performansa uyğun motivasiya
- Rəsmi əmək müqaviləsi (şirkət siyasətinə uyğun)
Müraciət qaydası:
CV-nizi [email protected] adresinə “İş yerlərinin attestasiyası üzrə inspektor” mövzusu ilə göndərin.