Bakı metropolitenində işarəvermə və rabitə üzrə mütəxəssis qatarların hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə tənzimlənməsi üçün siqnal və idarəetmə sistemlərinin düzgün işinin təmin edilməsində kritik və texnoloji baxımdan önəmli rol oynayır. Odur ki, sizi gələcək karyeranızı bu istiqamətdə qurmaq üçün təcrübə proqramımıza qoşulmağa dəvət edirik!

 

Proqram sizə nə qazandıracaq?

3 ay müddətində nəzəri və praktiki biliklərlə zəngin intensiv təlim

Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi

Təcrübə dövründə aylıq əməkhaqqı

Təcrübənin sonunda davamlı işə qəbul imkanı

Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı

 

Biz kimləri axtarırıq?

Cinsindən asılı olmayaraq, yaşı 22-30 arası olan gəncləri

Təhsili xüsusilə İT sahəsində olan məzunları

 

Seçim prosesi necə aparılır?

İxtisas üzrə test imtahanı

Ətraflı müsahibə

Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər

 

Metropoliten sizə nə vəd edir?

   Nahar (güzəştli)

  Metropolitendən ödənişsiz istifadə

 

Müraciət üçün Bakı Metropoliteninin “[email protected] e-mail ünvanına "işarəvermə və rabitə" başlığını qeyd etməklə CV göndərə bilərsiniz. 

 

Müraciət üçün son tarix: 31 avqust 2025

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.