“BOS Şelf” MMC, İşə qəbul mütəxəssisi (Recruiter) vəzifəsi üzrə vakansiya elan edir.

 

Namizədə olan tələblər;

-İnsan resurslarının idarə edilməsi, biznesin idarə edilməsi, psixologiya və ya digər müvafiq ixtisaslar üzrə ali təhsil.

-İnsan resursları sahəsində 3–5 il iş təcrübəsi;

-İşə qəbul sahəsində müvafiq iş təcrübəsi;

-İşə qəbul prosesinin bütün mərhələləri (namizədlərin axtarışı, ilkin qiymətləndirilməsi, müsahibələrin təşkili və keçirilməsi, işə qəbulun rəsmiləşdirilməsi) üzrə praktiki bilik və bacarıqlar;

-Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə yaxşı biliklər;

-İngilis dili biliyi – minimum Upper-Intermediate (B2) səviyyəsində;

-MS Office proqramlarında, xüsusilə MS Excel-də sərbəst işləmək bacarığı;

-LinkedIn və digər peşəkar platformalardan namizədlərin axtarışı və cəlb edilməsi məqsədilə effektiv istifadə bacarığı;

-Güclü ünsiyyət, peşəkar əlaqələr qurmaq və onları inkişaf etdirmək bacarığı;

-SHRM, HRCI və ya digər beynəlxalq HR sertifikatlarının olması üstünlükdür.

 

Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “İşə qəbul mütəxəssisi və ya Recruiter” qeyd etməklə şirkətin müvafiq elektron poçt ünvanına ([email protected] ) göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.