“BOS Şelf” MMC, İşə qəbul mütəxəssisi (Recruiter) vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə olan tələblər;
-İnsan resurslarının idarə edilməsi, biznesin idarə edilməsi, psixologiya və ya digər müvafiq ixtisaslar üzrə ali təhsil.
-İnsan resursları sahəsində 3–5 il iş təcrübəsi;
-İşə qəbul sahəsində müvafiq iş təcrübəsi;
-İşə qəbul prosesinin bütün mərhələləri (namizədlərin axtarışı, ilkin qiymətləndirilməsi, müsahibələrin təşkili və keçirilməsi, işə qəbulun rəsmiləşdirilməsi) üzrə praktiki bilik və bacarıqlar;
-Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə yaxşı biliklər;
-İngilis dili biliyi – minimum Upper-Intermediate (B2) səviyyəsində;
-MS Office proqramlarında, xüsusilə MS Excel-də sərbəst işləmək bacarığı;
-LinkedIn və digər peşəkar platformalardan namizədlərin axtarışı və cəlb edilməsi məqsədilə effektiv istifadə bacarığı;
-Güclü ünsiyyət, peşəkar əlaqələr qurmaq və onları inkişaf etdirmək bacarığı;
-Neft-qaz, enerji, tikinti və ya sənaye sektorlarında işə qəbul təcrübəsi üstünlükdür;
-SHRM, HRCI və ya digər beynəlxalq HR sertifikatlarının olması üstünlükdür.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “İşə qəbul mütəxəssisi və ya Recruiter” qeyd etməklə şirkətin müvafiq elektron poçt ünvanına [email protected]göndərmələri xahiş olunur.