“UĞUR İNDUSTRY” MMC İşə qəbul üzrə kiçik mütəxəssis vakansiyası elan edir:

 

İşə qəbul üzrə kiçik mütəxəssis

- Müəssisənin adı: “UĞUR İNDUSTRY” MMC

- İş yeri: Xırdalan şəhəri

 

Namizədə tələblər:

- Ali təhsil (İdarəetmə, Sosiologiya,Psixologiya və ya müvafiq sahə);

- Müvafiq sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi olmalı;

- MS Office (Word, Excel) proqramlarını bilməli;

- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı;

- İdarəetmə, analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabilyyəti olmalı;

 

Əsas vəzifə öhdəlikləri:

- İşə qəbul prosesini həyata keçirmək, işə qəbulun sürətini və keyfiyyətini təmin etmək;

- Potensial namizəd hovuzunu yaratmaq və daima yeniləmək;

- Müxtəlif sosial media platformalarından, həmkar şəbəkələrdən, tövsiyələrən istifadə edərək, potensial namizədləri vakansiyalar üzrə cəlb etmək;

- Müsahibə, test, və namizədlərin seçilməsi prosesini təmin etmək;

- Müxtəlif işə qəbul və təcrübə layihələrini təklif etmək və aparmaq;

- Müxtəlif əməkdaşlıq ideyaları irəli sürmək, fərqli universitet və təhsil ocaqları ilə əlaqələr qurmaq;

- Verilənlər bazası, namizəd izləmə və idarə edilməsi sistemləri ilə işləmək;

- İşə götürmə metrikalarını izləmək;

- İşəgötürənin brendinin gücləndirilməsi üçün töhfələr vermək;

- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;

 

Təminatlar:

- Əmək haqqı: 600-900 AZN;

- Nahar ilə təmin edilir.

- Korporativ nömrə ilə təmin edilir.

- İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən).

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “İşə qəbul üzrə kiçik mütəxəssis” yazaraq [email protected] ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.