İşsiz və işaxtaran şəxslərin nəzərinə!
Abşeron-Xızı Regional Məşğulluq filialının təşkilatçılığı ilə Sumqayıt şəhərində,
Lənkəran-Astara Regional Məşğulluq filialının təşkilatçılığı ilə Masallı şəhərində,
Bakı Regional Məşğulluq filialı və Xəzər RİH-in birgə təşkilatçılığı ilə Bakı şəhərində əmək yarmarkası keçiriləcək.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
Ünvan və tarix:
Sumqayıt şəhəri, Zülfü Hacıyev 64 (Abşeron-Xızı RMF)
12 fevral 2026
10:00 - 13:00

Ünvan və tarix:
Masallı şəhəri, Seybətin dairəsi (“Embawood” MMC-nin mağazası)
12 fevral 2026
10:00

Ünvan və tarix:
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi 2 (Mərdəkan Mədəniyyət Sarayı)
13 fevral 2026
11:00 - 13:00
