“ZƏHMƏT RUZİ” MMC – İstehsalat Direktorunun Köməkçisi / Tərcüməçi vakansiyası elan edir!

 

 Əsas tələblər:

• Ali təhsil (Filologiya, Tərcümə, Beynəlxalq münasibətlər, Biznesin idarə edilməsi və ya uyğun ixtisaslar);

• Azərbaycan və rus dillərində yüksək səviyyədə bilik;

• Analoji sahədə minimum 2 il iş təcrübəsi;

• MS Office proqramlarında sərbəst işləmək bacarığı;

• Güclü yazılı və şifahi ünsiyyət bacarığı;

• Analitik düşüncə, məsuliyyətlilik və yüksək təşkilatçılıq qabiliyyəti;

• Məxfiliyə riayət etmək və vaxtı səmərəli idarə etmək bacarığı;

• Bir neçə tapşırığı paralel şəkildə idarə etmək və prioritetləşdirmək bacarığı.

 

 Əsas vəzifə və öhdəliklər:

• İstehsalat direktoruna gündəlik inzibati və təşkilati dəstəyin göstərilməsi;

• Görüş, iclas və ezamiyyətlərin planlaşdırılması və koordinasiyası;

• Rəsmi yazışmaların hazırlanması, qeydiyyatı və izlənilməsi;

• Azərbaycan və rus dillərində şifahi və yazılı tərcümələrin həyata keçirilməsi;

• Müqavilə, hesabat, təqdimat və digər sənədlərin tərcüməsi və redaktəsi;

• İclas protokollarının hazırlanması və tapşırıqların icrasına nəzarət;

Reklam

• Rəhbərlik tərəfindən verilən digər inzibati tapşırıqların vaxtında və keyfiyyətlə icrası.

 

 Biz nə təklif edirik?

• Motivasiyaedici və dəstəkləyici iş mühiti;

• Tibbi sığorta;

• Rahat və stabil iş şəraiti;

• Nahar təminatı;

• Korporativ nömrə.

 

 Ünvan: Həsən Əliyev küç. 38, Xırdalan

 İş rejimi: 09:00–18:00 | 5 günlük iş həftəsi

 Əmək haqqı: Müsahibə əsasında

 

 Müraciət üçün:

CV-lərinizi mövzu hissəsində “İstehsalat Direktorunun Köməkçisi / Tərcüməçi” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.