Vakansiya: İT Mütəxəssisi

Vəzifə öhdəlikləri:

• Sistem səhvlərinin və avadanlıqların diaqnostikasını aparmaq, nasazlıqları aradan qaldırmaq;

• Texniki problemləri analiz edərək operativ şəkildə həll etmək;

• LAN və WiFi şəbəkələrinin fasiləsiz işləməsini təmin etmək və texniki nasazlıqları aradan qaldırmaq;

• USB və şəbəkə printerləri, kameralar və skanerlərdə yaranan texniki problemləri həll etmək;

• Proqram parametrlərinin qurulması, mövcud qüsurların aradan qaldırılması;

• LAN portları üzərindən hardware və proqram təminatının parollarının sıfırlanması;

• E-poçt vasitəsilə daxil olan texniki dəstək sorğularının cavablandırılması;

• İT sahəsində rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icra edilməsi.

Tələblər:

• Müvafiq texniki sahədə təhsil və ya iş təcrübəsi

• Kompüter və şəbəkə avadanlıqları ilə iş bacarığı

• Problemlərin həllində analitik və çevik yanaşma

• Məsuliyyətli və intizamlı iş yanaşması

İş rejimi:

• İş saatı: 09:00 – 18:00

• İş qrafiki: 6 günlük iş həftəsi

• Nahar: Şirkət tərəfindən təmin olunur

• Əmək haqqı: 700–800 AZN

• İş yeri: Bakı şəhəri, Nərimanov rayonu

Müraciət üçün:

 CV-nizi [email protected] e-mail ünvanına göndərərək vakansiyaya müraciət edə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.