İT üzrə Kiçik Mütəxəssis vakansiyası
Namizədə tələblər:
* Ali təhsil (İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Kibertəhlükəsizlik və ya əlaqəli sahələr);
* Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (C1);
* Rus dili üzrə B1 səviyyəsi;
* İngilis dili biliyi üstünlükdür;
* Dəqiqlik, analitik düşüncə və hesabatlarla işləmək bacarığı;
* Məsuliyyətli və sistematik iş yanaşması;
* Komandada və müstəqil şəkildə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
* Yeni əməkdaşların İT onboarding prosesini təşkil etmək və sistemlərə çıxışını təmin etmək;
* İT dəstək sorğularını qəbul etmək və operativ şəkildə həll etmək;
* İT avadanlıqlarının uçotunu aparmaq və texniki vəziyyətinə nəzarət etmək;
* Printer və şəbəkə problemlərini diaqnostika etmək və aradan qaldırmaq;
* Proqram təminatlarının quraşdırılması və sazlanmasını həyata keçirmək.
Biz nə təklif edirik?
* İş yeri: şirkətin ofisi;
* İş rejimi: 5 günlük iş həftəsi;
* İş vaxtı: 09:00–18:00;
* Nahar fasiləsi: 13:00–14:00;
* Rəqabətli əmək haqqı, mütəmadi artım və karyera yüksəlişi imkanları;
* Vəzifə üzrə beynəlxalq peşəkar təlimlər və sertifikatlaşdırma imkanı;
* Nüfuzlu biznes təşkilatlarının qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq və networking imkanları;
* Dinamik və gənc kollektivdə çalışmaq, peşəkar məlumat və təcrübə mübadiləsi.
Müraciət üçün:
CV-nizi “İT üzrə Kiçik Mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Komandamıza qoşulmaq və İT sahəsində peşəkar inkişafınıza yeni mərhələ qazandırmaq istəyirsinizsə, müraciətinizi gözləyirik.