IDEA İctimai Birliyi olaraq "IDEA Eko-Məktəblər” proqramına yenidən start verməkdən məmnunuq. Məqsədimiz məktəbləri ekoloji cəhətdən təmiz təcrübə mərkəzlərinə çevirmək və daha məsuliyyətli gələcək nəsillərin yetişməsinə töhfə verməkdir.

 

IDEA Eko-Məktəbi olmaq üçün meyarlar:

 

 Daimi hesabat vermək üçün müəllim və tələbələrdən ibarət Eko-Komitə

 Ekoloji təhsilin kurikuluma inteqrasiyası 

 Ekoloji təqvim günlərinin qeyd edilməsi

 Ətraf mühitlə bağlı mövzularda siniflərarası müzakirələrin təşkili

IDEA-nın təmizlik və ağacəkmə aksiyaları kimi ictimai fəaliyyətlərində iştirak

 Məktəb ərazisində enerjiyə qənaət tədbirlərinin reallaşdırılması

 Eko-klubun yaradılması və ətraf mühitin mühafizəsinə aid fəaliyyətlərin təşkili

 Müxtəlif təşəbbüslər vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi

 Eko-maarifləndirmə üçün oyunlar və yarışların təşkili

 Sosial media platformalarında layihə çərçivəsində görülən işlərlə bağlı paylaşımlar

 

 IDEA İctimai Birliyi tərəfindən göstəriləcək dəstək:

 ️Məktəblərin kağız və batareyalar üçün nəzərdə tutulan təkrar emal qutuları ilə təmin edilməsi

 ️Fəal iştirak edən məktəblər üçün "Yaşıl Bayraq" təltifi

 IDEA-nın ictimai aksiyalarına və layihələrinə dəvət imkanı

 

 Layihəyə qoşulmaqda maraqlı olan məktəblərdən linkə daxil olmaqla onlayn ərizə formasını doldurmaları və əlavə olaraq [email protected] elektron poçtuna məktub ünvanlamaları xahiş olunur.

 

Gəlin, daha yaşıl gələcək üçün birgə çalışaq!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.