İdman müəlliməsi Tələblər: - Yaş həddi: 30 – 40 yaşlı xanımlar; - Komandada işləmək bacarığı; - İngilis və Rus dil bilgisi; - Bir Fitness Təlimçisi kimi azı 5 il iş təcrübəsi. - Erkən və ya gec növbələrdə və həftə sonları işləmək. - İlk Yardım təcrübəsi. - Mükəmməl ünsiyyət bacarığı. - İnsanları öyrətmək və motivasiya etmək bacarığı. İş haqqında məlumat: - Müxtəlif məşqlər və hər bir müştərinin ehtiyaclarına uyğun şəxsi idman və pəhriz planları hazırlamaq. - Müştərilərə qidalanma, kilo nəzarəti və həyat tərzi problemləri haqqında məlumat və ya mənbələr təqdim etmək. - İdman, istirahət fəaliyyəti və idman vasitələrinin istifadəsi ilə bağlı təhlükəsizlik qaydalarını müştərilərə izah etmək. - İdman salonunun təmizliyini, sağlamlığını və güv�
�nlik təhlükəsi olmadığını təmin etmək. - Məşqlər və ya dərslər zamanı fərqli fitness və bacarıq səviyyələri üçün alternativ məşqlər planı hazırlamaq. - Müştərilərin düzgün üsullardan istifadə etdiklərinə əmin olmaq və məşqləri izləmək. - İdman zalında yerləşən avadanlıqların daima işlək vəziyyətdə olmasına nəzarət etmək. İş rejimi və qaydası: - Həftədə bir gün istirahət olmaqla, altı günlük iş rejimi; - Geyim, gigiyena və pandemi qaydalarına tam riayət etmək; - AR Əmək Məcəlləsinə uyğun müqavilə bağlanılır. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini[email protected]elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “İdman müəlliməsi” qeyd olunmalıdır) göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.