PMD Projects MMC " İKT layihələr üzrə aparıcı mütəxəssis " vakansiyasını elan edir. Vəzifə öhdəlikləri: ·Layihələrin İKT hissəsinin bütünlükdə koordinasiya edilməsi və statusu haqqında birbaşa rəhbərinə və Layihə müdirinə hesabatların verilməsi, o cümlədən aylıq hesabatların hazırlanması; ·Layihənin İKT hissəsinin cizgilərinə uyğun olaraq İKT xidmətlərinin təhlil edilməsi; ·Layihələrin İKT hissəsinin cədvəlinin hazırlanması və işlərin cədvələ uyğun getməsinə nəzarət etmək; ·Layihə şirkətlərinin təqdim etdiyi layihənin İKT hissəsinin standartlara uyğunluğunun, sistemin tam şəkildə işləkliyinin yoxlanılması və aşkar olunan problemli sahələrin aidiyyatı üzrə bildirilməsi; ·Layihələrin İKT hissəsinin texniki tapşırıqlarının hazırlanması; ·Layihələrin İKT hissəsinin keyfiyyətinin yoxlanılması üçün sahə baxışlarının keçirilməsi; ·Layihələrin İKT hissəsi üçün seçilən avadanlıqların düzgünlüyünün yoxlanılması və layihəçi ilə sistemlərin təhlilinin aparılması; ·Layihələrin İKT hissəsinə aid sistemlər üçün tender sənədlərinin hazırlanmasında dəstək göstərilməsi, şirkətlərdən gələn təkliflərin texniki dəyərləndirilməsində iştirak etmək; ·İş qrafikinin və
standartların razılaşdırılması, layihə boyunca nəzarətdə saxlanılması; ·Rəhbərliyi və komandanı layihədəki yeniliklər barədə daimi məlumatlandırmaq; ·Layihələrin İKT hissəsi bitdikdən sonra yekun hesabatın hazırlanması; ·Layihə üzrə mobilizasiya ofislərinin İKT xidmətlərlə təmin olunması və texniki dəstəyin göstərilməsi; ·Layihə ilə bağlı bölgələrə işgüzar səfərlərin edilməsi; ·Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi. Tələblər: - Ali təhsil: Avtomatlaşdırma və elektronika, İnformasiya texnologiyaları və bənzəri ixtisaslar üzrə bakalavr dərəcəsi; - İş təcrübəsi: İKT sahəsində azı 3 il, İKT layihələrdə azı 1 il iş təcrübəsi; - Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili - orta - Kompüter bacarıqları: MS Project proqramında işləmək bacarığı, Visio və Autocad biliyi arzuolunandır - İKT layihələrin idarə olunması proseslərini bilmək; - İKT sahəsində beynəlxalq sertifikatların olması arzuolunandır; Maraqlanan şəxslərdən CV - lərini vəzifə adı göstərilməklə[email protected]ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.