Şirkət:“Kristal Abşeron” MTK Vəzifə:İnsan resursları üzrə kiçik mütəxəssis Tələblər: – Ali təhsil; – İnsan resursları üzrə 1 il iş təcrübəsi, – AR Əmək Məcəlləsini, əmək qanunvericiliyini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı, – Sənədləşdirmə və yazışma işlərini bacarmalı, – Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları), – Güclü ünsiyyət və danışıq qabiliyyəti, – Azərbaycan dilini mükəmməl bilməli, Rus dili və ingilis dili arzuolunandır, – Komandada işləmək bacarığı. Vəzifə öhdəlikləri: – İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin daxil edilməsi, – İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatın aparılması; əmək kitabçalarında müvafiq qeydlərin aparılması, – Məzuniyyət qrafikinin və cədvəlininin tərtib olunması, – İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlanıb təqdim
edilməsi, – İş vaxtının uçotu (davamiyyət) cədvəllərinin tərtib edilməsi, – Müəssisələrə əmək qanunvericiliyi ilə bağlı mütamadi olaraq müvafiq məsləhətlərin və izahatların verilməsi, – Şirkətin fəaliyyəti ilə əlaqədar bütün kadr sənədləşməsinə dair sənədlərin (qərarlar, əmrlər, əsasnamələr, prosedurlar və s.) üzərində işləmək bacarığı, – e-gov,e-sosial portallarda şərbəst işləmək. – Qanunvericilikdən irəli gələn digər işlərin yerinə yetirilməsi, İş şəraiti: - 6 günlük iş qrafiki; - İş yeri: Sumqayıt şəhəri - Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Əlaqə: Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İnsan resursları üzrə kiçik mütəxəssis” üzrə yazmaqla ""[email protected]"" elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.