iSchool Təhsil Mərkəzi 3-cü "KÖRPÜ" Təqaüd proqramını elan edir!

 

Müraciət edəcək şəxslər üçün tələblər:

1.Azərbaycan Respublikasının vətəndaşı olmalı;

2.10,11-ci sinifdə (Sentyabr ayından etibarən təhsil alacağınız sinif nəzərdə tutulur.) və ya bakalavr pilləsində sonuncu kursda (Sentyabr ayından etibarən təhsil alacağınız kurs nəzərdə tutulur.), əyani formada təhsil almalı;

3.Bakalavr pilləsində sonuncu (4-cü və ya 5-ci) kursda təhsil alan tələbələrin Ümumi Orta Müvəffəqiyyət Göstəricisi minimum (ÜOMG) 81 və daha yuxarı bal olmalı;

4.Xaricdə təhsil almaq məqsədi olmalı;

5.İngilis dili biliyi minimum B2 səviyyədə olmalıdır.

 

Proqramın mərhələləri:

1.Elektron qeydiyyat mərhələsi (01 mart - 31 may)

2.İmtahan-test mərhələsi (14 iyun)

3.Müsahibə mərhələsi (24 iyun -30 iyun)

 

Proqramın üstünlükləri:

1. Tam ödənişsiz xaricdə təhsil xidməti (A-dan Z-yə xaricdə təhsil üçün tələb olunan bütün sənədləşmə, məktublar, müraciət, viza və yerləşmə dəstəyi);

2. Ödənişsiz şəkildə beynəlxalq imtahanlara hazırlıq (SAT, IELTS, TOEFL, AP);

3. İntensiv dərs proqramı.

 

Qeydiyyat linki: LİNK

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.