Vakansiya haqqında məlumat: Struktur bölmə: İnsan resursları və korporativ kommunikasiya departamenti, İşə qəbul və insan resursları əməliyyatları Vəzifə:İşə qəbul və insan resursları əməliyyatları şöbəsinin mütəxəssisi Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq Tələb olunan işçi sayı: 1 (bir) İş saatları (iş rejimi): 09:00 – 18:00 Son müraciət tarixi:08 iyul 2021 Vəzifə Öhdəlikləri: • Əmək müqavilələrinin bağlanılması, ləğv edilməsi və başqa işə keçirmə proseslərini icra etmək; • İşçilərin şəxsi işlərini tərtib etmək, onların əmək fəaliyyəti zamanı baş verən dəyişiklikləri hazırlamaq; • Vəzifə təlimatlarının hazırlanması üzrə birbaşa rəhbərin tapşırıqlarını icra etmək və vəzifə təlimatlarının iş analizinə əsasən tərtibi və zərurət yarandıqda yenilənməsini təmin etmək; • İnsan resurslarının idarə edilməsi sahəsində korporativ sənədlərin və digər müvafiq qaydaların hazırlanmasında və tətbiqində iştirak etmək, aidiyyəti üzrə təqdim etmək; • İntizam tənbeh tədbirlərinin icra edilməsi ilə əlaqədar rəsmiləşdirmə işlərini yerinə yetirmək və arxivləşdirmək; • Əmək kitabçalarını saxlamaq, doldurmaq və sənələşmə işlərini aparmaq; • İşçilərin məlumat bazasını qurmaq, bu məlumat bazası üzrə müvafiq hesabatları tərtib edərək tələb olunan yerə vaxtında təqdim etmək; • Kadrlar üzrə müvafiq hesabat formalarını tərtib etmək və tələb olunan yerə vaxtında təqdim etmək; • Əmək münasibətləri zamanı yaranan münaqişələri və mübahisələrin tənzimlənməsi işində iştirak etmək; • Əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin
təşkilində ən mütərəqqi üsulların tətbiqi ilə bağlı zəruri tədbirlərin görülməsi haqqında rəhbərə uyğun təkliflər vermək; • Əmək haqqı hesablanılması prosesində iştirak etmək: • Mükafat modellərinin hesablanmasında iştirak etmək Namizədə olan tələblər: İş təcrübəsi: İnsan resursları sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur. Təhsili/ixtisası: İstənilən sahə üzrə bakalavr dərəcəsi. Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta. Üstünlüklər: İnsan Resursları üzrə beynəlxalq sertifikat. Kompüter bilikləri: MS Excel:orta, MS Outlook:orta, MS Word:orta, MS Office:orta, MS PowerPoint: orta Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, Komanda işi və Əməkdaşlıq, Biznes tərəfdaşlığı, Inam Yaratma, Geniş Perspektiv, Keyfiyyət yönümlülük, Dinamikanı anlamaq İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası Digər məlumatlar: Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61 Əlaqə vasitələri:www.pasha-life.az(+994 12) 942 Vakansiya üçün müraciət qaydası: Namizədlərhttps://pasha-life.az/about?lang=az#careerkeçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər. *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.