Cyberpoint komandası IT Arxitektor axtarır.
Vəzifə öhdəlikləri:
-Şirkətin biznes məqsədlərinə uyğun İT arxitektura strategiyasını hazırlamaq və tətbiq etmək;
-İnfrastruktur, proqram təminatı, məlumat bazası, şəbəkə və təhlükəsizlik arxitekturalarının inteqrasiyasını təmin etmək;
-Yeni texnoloji həlləri (cloud, virtualization, containerization və s.) qiymətləndirmək və tətbiq planları hazırlamaq;
-Mövcud sistemləri təhlil edib optimallaşdırma təklifləri vermək;
-İT layihələrinin texniki tələblərini və arxitektura sənədlərini hazırlamaq, icraya nəzarət etmək;
-Yeni texnologiyaların və alətlərin seçimi, tətbiqi və sənədləşdirilməsinə rəhbərlik etmək;
-Texniki riskləri qiymətləndirmək və azaldılması planlarını hazırlamaq;
-Rəhbərlik və tədarükçülərlə effektiv əməkdaşlıq qurmaq, texnoloji ehtiyaclara uyğun həllər təklif etmək.
Tələblər:
-Kompüter elmləri, İT, kiber təhlükəsizlik və ya əlaqəli sahə üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür);
-İT infrastrukturu, sistem və şəbəkə inzibatçılığı, eləcə də arxitektura sahəsində ən az 5 il təcrübə;
-Kompleks sistem inteqrasiyası və dizaynı üzrə bacarıqlar;
-Azərbaycan dilində səlis, ingiliscə texniki sənədlərlə işləmək bacarığı (rus dili üstünlükdür);
-ISO/IEC 27001:2022, ITIL v4, COBIT, ISO 20000 və digər standartlar üzrə bilik və təcrübə;
-Beynəlxalq sertifikatlar (ITIL4, COBIT5/2019, ISO27001 LA, TOGAF və s.) üstünlükdür;
-İT infrastruktur komponentləri (serverlər, şəbəkə, cloud, storage və s.) üzrə praktiki təcrübə;
-Güclü analitik düşüncə, qərarvermə və liderlik bacarığı;
-Komandada işləmə və kommunikasiya qabiliyyəti, sistemli və məsuliyyətli iş üslubu.
Əlavə məlumat:
İş qrafiki: I–IV günlər, 09:00–18:00
Nahar fasiləsi: 13:00–14:00
Əməkhaqqı: razılaşma yolu ilə
İş yeri: Bakı, Nizami r., H.Əliyev pr. 189B
Müraciət: Mövzu hissəsində “IT arxitektor” qeyd edilərək CV-lər [email protected] ünvanına göndərilməlidir.