We Are Hiring: IT Business Analyst (Junior / Middle)
Crocusoft komandası olaraq dövlət və korporativ layihələrdə iştirak edəcək IT Business Analyst (Junior / Middle) axtarırıq.
Əsas öhdəliklər
• Biznes tələblərinin toplanması, analiz edilməsi və sənədləşdirilməsi
• BRD, SRS, Functional Specification, User Story, Use Case və Acceptance Criteria sənədlərinin hazırlanması
• AS-IS və TO-BE biznes proseslərinin analiz edilməsi və modelləşdirilməsi
• BPMN, UML və digər diaqramların hazırlanması
• Development, QA və Project Management komandaları ilə əməkdaşlıq
• Jira, Azure DevOps və ya oxşar alətlərlə işləmək
• Agile/Scrum proseslərində iştirak
• UAT, Demo və Change Request proseslərində iştirak
Tələb olunan bilik və bacarıqlar
• İnformasiya Texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil
• 0–4 il Business Analyst və ya oxşar vəzifə üzrə iş təcrübəsi
• SDLC və Agile/Scrum üzrə bilik
• REST API, JSON və SQL üzrə baza bilikləri
• UML və BPMN diaqramları ilə işləmək bacarığı
• Jira, Confluence və ya Azure DevOps ilə işləmək bacarığı
• Microsoft Office proqramlarında sərbəst işləmək
• Azərbaycan dili sərbəst, ingilis dili isə texniki sənədlərlə işləyə biləcək səviyyədə
Üstünlük hesab olunur
• Figma və ya digər wireframe/prototipləmə alətləri ilə işləmək
• Postman və Swagger/OpenAPI ilə tanışlıq
• ERP, CRM və ya dövlət layihələrində iştirak təcrübəsi
• ECBA, CCBA, PSM I, PSPO I və ya digər müvafiq sertifikatlar
Müraciət üçün CV-nizi [email protected] ünvanına göndərin.
Mövzu: "Junior IT Business Analyst" və ya "Middle IT Business Analyst"
Sizi Crocusoft komandasında görməkdən məmnun olarıq!


