Andersen Trainee

Beynəlxalq İT autsorsinq bazarının liderlərindən biri olan Andersen şirkəti Azərbaycanda (ofis: Bakı) gələcəkdə işlə təmin olunma imkanı daşıyan eksklüziv təlim proqramı təklif edir!

Andersen şirkəti əməkdaşlarının sürətli və peşəkar inkişafı, bacarıqlarının artırılması ilə yaxından maraqlanır və hər zaman buna vaxt və vəsait ayrılmasına hazırdır. Bu səbəbdən rəqabət üstünlüyümüz əməkhaqqının və vəzifə dərəcəsinin sürətli artımıdır.

Fokus sahələri:

 Java

 JavaScript

 .NET

 GO

 PHP

 Python

 Manual Testləşdirmə (QA Manual)

 QA Avtomatlaşdırma (QA Automation)

 Biznes Analizi (Business Analysis)

Sistem Analizi (System Analysis)

 Android

 iOS

Məlumat Mühəndisliyi (Data Engineering)

Məlumat Təhlili (Data Analysis)

Tələblər:

 İngilis dili səviyyəsi – Orta (Biznes Analizi, Sistem Analizi üzrə – Yuxarı Orta);

 Seçilmiş sahədə nəzəri biliklər;

 Git ilə təcrübə (proqramçılar üçün);

 Motivasiya, sürətlə öyrənmə qabiliyyəti və kommunikasiya bacarıqları.

Şərtlər:

Təcrübəli təlimçilərin rəhbərliyi altında təlim layihəsində praktika;

 Təcrübəçinin bilik səviyyəsinin yoxlanılması və rəy verilməsi;

 Ofisdə təlim formatı;

 Korporativ ingilis dili kursları;

 Şirkətin daxili təlim proqramına (öz təhsil platforması) çıxış;

 Şirkətin fəal korporativ həyatında iştirak.

Andersen təcrübəçisi aşağıdakılara arxalana bilər:

 Mentorların yüksək peşəkarlığı;

 Təlim zamanı diqqətli və qayğıkeş münasibət;

 Təlim prosesində və sonradan kommersiya layihəsinə qoşularkən dəstək və kömək;

 Təlimi uğurla başa vurduqdan sonra zəmanətli işlə təminat.

Əgər bu unikal imkan sizi maraqlandırdısa, zəhmət olmasa formu doldurun və aşağıdakı link

vasitəsilə müraciət edin https://people.andersenlab.com/trainee/form

Andersen İT sahəsində başlamaq və inkişaf etmək üçün əla fürsətdir!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.