“A+CO” ASC “IT texniki dəstək üzrə kiçik mütəxəssis" vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
Kompüter və proqram təminatı:
Kompüterlərin proqram təminatının quraşdırılması və sazlanması;
Windows əməliyyat sistemlərinin quraşdırılması və konfiqurasiyası;
Microsoft Office proqramlarının quraşdırılması və sazlanması;
İstifadəçilərin qarşılaşdığı proqram və əməliyyat sistemi problemlərinin aradan qaldırılması.
Server və istifadəçi idarəetməsi:
Active Directory-nin idarə olunması;
Microsoft Windows Server-in idarə olunması və sazlanması;
RDP / Terminal Server-in idarə olunması;
Microsoft Exchange mail serverinin idarə olunması;
İstifadəçi hesablarının, giriş icazələrinin və digər əlaqəli xidmətlərin idarə olunması.
Şəbəkə və rabitə:
Lokal şəbəkənin qurulması və sazlanması;
Şəbəkə avadanlıqlarının qoşulması və ilkin konfiqurasiyası;
Switch-lərin qoşulması, sazlanması və aktivləşdirilməsi;
UniFi Controller-in idarə olunması;
RJ45 konnektorlarının düzgün sıxılması və kabel xətlərinin hazırlanması;
Analog telefonların quraşdırılması və sazlanması.
Printer və ofis avadanlıqları:
Printerlərin quraşdırılması və sazlanması;
Printerlərin şəbəkəyə qoşulması;
Çap və skan funksiyalarının sazlanması;
İstifadəçilərə çap və skan prosesləri ilə bağlı dəstəyin göstərilməsi.
Kamera və təhlükəsizlik sistemləri:
IP kamera sistemlərinin quraşdırılması və sazlanması;
IP kameraların şəbəkəyə qoşulması və konfiqurasiyası;
NVR cihazlarının quraşdırılması, sazlanması və idarə olunması;
Kamera sistemlərində yaranan texniki problemlərin aşkarlanması və aradan qaldırılması;
Üz tanıma sistemlərinin idarə olunması və sazlanması;
İnventar və texniki nəzarət;
IT avadanlıqlarının inventarının düzgün aparılması və idarə olunması;
Kompüter, printer, şəbəkə və digər IT avadanlıqlarının texniki vəziyyətinə nəzarət;
İstifadəçilərə gündəlik texniki dəstəyin göstərilməsi.
Tələblər:
Müvafiq sahə üzrə 1 ilədək iş stajı;
Bakalavr təhsilini tamamlamış (İT sahəsi üzrə arzuolunandır);
Məntiqi və analitik düşünmə qabiliyyəti;
Windows əməliyyat sistemləri haqqında ümumi anlayış;
CCTV və IP kameraların qoşulması və qurulması üzrə bilik və bacarıqlar;
Kabel çəkilməsi, Wİ-Fİ nöqtələrinin qoşulması üzrə nəzəri biliklər;
İş şəraiti:
İş yeri: Xırdalan şəhəri;
5/7 iş qrafiki, iş vaxtı: 08:00-dan 17:00-dək;
Nahar və servis şirkət tərəfindən təmin olunur;
Əmək haqqı - Bilik və bacarıqlara uyğun təyin olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “IT texniki dəstək üzrə kiçik mütəxəssis” yazaraq [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.