“ZƏHMƏT RUZİ” MMC komandasına IT üzrə kiçik mütəxəssis axtarırıq!

 

Şirkətimizin informasiya texnologiyaları infrastrukturunun stabil və fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə IT şöbəsinə yeni əməkdaş dəvət edirik.

 Vəzifə: IT üzrə kiçik mütəxəssis

 Şöbə: İnformasiya Texnologiyaları

 İş rejimi: 09:00–18:00 (5 günlük iş həftəsi)

 Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq

 Ünvan: Həsən Əliyev küçəsi 38, Xırdalan, Azərbaycan

 

 Əsas tələblər:

 • Ali texniki təhsil (arzuolunandır)

 • Korporativ mühitdə minimum 1 il iş təcrübəsi

 • Windows Server sistemləri üzrə baza bilikləri (AD, GPO, RDP və s.)

 • Microsoft Office və Microsoft 365 üzrə yaxşı biliklər

 • 1C proqramı ilə işləmə bacarığı

 • Şəbəkə üzrə baza bilikləri (IP, Wi-Fi, LAN, VPN)

 • Printer, IP telefon, NVR və digər avadanlıqların sazlanması üzrə biliklər

 • Məsuliyyətlilik, operativlik və analitik düşünmə bacarığı

 • Azərbaycan və rus dillərində sərbəst danışıq; ingilis dili üzrə texniki mətnləri anlama bacarığı

 

 Əsas vəzifə və öhdəliklər:

 • İstifadəçilərin gündəlik texniki sorğularına operativ cavab vermək

 • Ofis avadanlıqlarının (noutbuk, printer, skaner və s.) düzgün və fasiləsiz işləməsini təmin etmək

 • Windows və Microsoft 365 üzrə ilkin texniki dəstək göstərmək

 • Şəbəkə, internet və VPN üzrə yaranan nasazlıqların diaqnostikası və həlli

 • IP-telefon üzrə sadə texniki nasazlıqları aradan qaldırmaq

 • Yeni işçilər üçün iş mühitinin hazırlanması (kompüter, domen hesabı, e-mail, proqram təminatı)

 • İT avadanlıqlarının qeydiyyatını aparmaq və nəzarət etmək

 • İstifadəçilər üçün qısa təlimat və FAQ hazırlanması

 

 Biz təklif edirik:

 • Motivasiyaedici və dəstəkləyici iş mühiti

 • Peşəkar inkişaf və təlim imkanları

 • Rahat və stabil iş şəraiti

 • Nahar təminatı

 

 Müraciət üçün:

CV-lərinizi “IT üzrə kiçik mütəxəssis” başlığı ilə [email protected] ünvanına k göndərə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.