Vakansiya: Java Backend üzrə təlimçi
Komandamıza Java Backend sahəsi üzrə təcrübəli təlimçi axtarırıq.
Vəzifə öhdəlikləri:
• Java Backend sahəsi üzrə tədrisin keçirilməsi;
• İmtahanların və layihə təqdimatlarının keçirilməsi;
• Tələbələrə fərdi yanaşma və onların iş bazarına uyğun olaraq hazırlanması;
• Seminarların, vebinarların və info-sessiyaların keçirilməsi.
Tələblər:
• Yaş: 23+
• Java Backend mütəxəssisi olaraq rəsmi iş təcrübəsi: 3 il+ ;
• Təlimçi olaraq iş təcrübəsi: 6 ay+;
• Tədris və təqdimat bacarıqları yüksək səviyyədə olmalıdır;
• Ünsiyyət və komanda ilə işləmə bacarıqları yüksək səviyyədə olmalıdır;
• Azərbaycan və İngilis dili bilikləri: yüksək səviyyədə olmalıdır;
• Məsuliyyətli, təlimçiliyi sevən və daim inkişaf edən birini axtarırıq.
Ümumi məlumat:
• İş yeri : Bakı şəhəri, Olimpiya küç. 6A (Gənclik Mall yaxınlığında);
• İş rejimi: 19:00 – 21:00;
• Əmək haqqı: razılaşma yolu ilə;
• Tədris sahəsində karyera inkişafı imkanları.
Müraciət üçün:
Əgər öz namizədliyinizi bu vakansiya üçün uyğun hesab edirsinizsə, zəhmət olmasa CV-nizi və əlavə məlumatları [email protected] ünvanına göndərin.