Vakansiya: Junior Frontend Developer (React.js)
Vəzifə öhdəlikləri:
– Verilmiş dizayn və texniki tələblərə əsasən interaktiv veb interfeyslərin hazırlanması;
– REST API vasitəsilə backend ilə məlumat mübadiləsinin həyata keçirilməsi;
– Mövcud layihələrin texniki dəstəyi və inkişaf etdirilməsi.
Tələblər:
– Ali texniki təhsil (“Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları” və ya əlaqəli ixtisaslar üzrə);
– React.js və ekosistemi (Redux, React Router, Context API və s.) ilə təcrübə;
– JavaScript (ES6+), TypeScript, HTML5 və CSS3 bilikləri;
– RTK Query və ya React Query ilə API inteqrasiyası sahəsində təcrübə;
– Tailwind CSS və Ant Design UI kitabxanaları ilə işləmə bacarığı;
– Git və versiya nəzarəti sistemləri ilə təcrübə;
– Komanda ilə işləmə bacarığı.
Müraciət üçün:
CV-nizi [email protected] ünvanına göndərin.
Məktubun mövzu hissəsində “Junior Front End Developer” yazmağınız xahiş olunur.