"Junior IT Project manager" vakansiyası
Namizəddən tələblər:
· Proqramlaşdırma sahəsi üzrə baza biliklər;
· Azərbaycan dilində mükəmməl yazma və kommunikasiya, rus və ya ingilis dillərindən ən azı birinin yaxşı səviyyədə bilməsi;
· MS Office proqramlarından tam istifadə etmə qabiliyyəti;
· Layihə üçün əməkdaşlıq alətlərindən istifadə edilməsi (məsələn: Trello, Jira, Redmine);
· Analitik və strateji düşüncə, həmçinin güclü araşdırma qabiliyyəti;
· Stresə dözümlülük;
· Vaxtın və komandanın düzgün idarə edilməsi bacarıqları;
· Beynəlxalq modelləri araşdırıb layihənin tələbinə cavab verən elementləri tətbiq etmək;
· Layihələrin idarəedilməsi sahəsi üzrə təcrübənin olması
Vəzifə öhdəlikləri
· Layihənin planlaşdırılması, icrası və icrasına nəzarəti təmin etmək
· Layihənin qüsursuz icrası üçün daxili resursları və üçüncü tərəfləri/kontraktorları düzgün koordinasiya etmək
· Layihə üzrə risk və digər məsələlərin müəyyən edilməsi, araşdırılması və həll olunmasına nəzarəti həyata keçirmək
· Layihə üzrə kommunikasiya və koordinasiyanı təşkil etmək, hesabatların aidiyyəti üzrə təqdim edilməsini təmin etmək
· Proqram və layihə idarəetməsi standartları üzrə maarifləndirmə məqsədilə layihə komandası ilə mütəmadi görüşlərin və təlimlərin təşkili
· Layihənin tələb olunan keyfiyyətdə və vaxtda, büdcə və layihənin iş həcmi çərçivəsində yerinə yetirilməsini təmin etmək
· Texniki tapşırıqların yazılmasında iştirak
· Layihənin nəticələrini planlama dövrü ilə üzləşdirmək və uyğunluğunu dəyərləndirmək
· Layihə standartları, prosedurları və metodoloji sənədlərin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasını təklif etmək
Qazanacaqlarınız:
· Yaradıcı və gənc heyətlə çalışma
İş rejimi:
· ofis daxili
· həftənin 5 günü (09:00 – 18:00)
Yalnız müvafiq tələblərə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan və tələblərə uyğun olan namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Junior IT Project manager” qeyd etmələri xahiş olunur