Jurnalistlər üçün elm və təhsil üzrə media məktəbinə start verilir

 

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi tərəfindən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsinin icrasına başlanılır.

Layihənin əsas məqsədi elm və təhsil mövzuları üzrə ixtisaslaşmış, sahəvi biliklərə malik media nümayəndələrinin bu istiqamətdə peşəkar bacarıqlarının daha da təkmilləşdirilməsinə töhfə verməkdir.

Layihə çərçivəsində ölkə mediasında fəaliyyət göstərən jurnalistlərin iştirakı ilə ümumilikdə 10 interaktiv təlim sessiyasının keçirilməsi nəzərdə tutulur. Təlimlər qurum nümayəndələri və sahə üzrə mütəxəssislərin iştirakı ilə təşkil olunacaq.

 

Təlim sessiyaları zamanı aşağıdakı aktual mövzular üzrə təqdimat və müzakirələr aparılacaq:

 

    Təhsilin iqtisadiyyatı 

    Məktəbəqədər təhsil 

    Ümumi təhsil sisteminin əsasları 

    Tədrisin məzmunu və dərslik siyasəti 

    Yerli və beynəlxalq təhsil qiymətləndirmələri

    Ali təhsil və beynəlxalq reytinqlər 

    Təhsildə rəqəmsallaşma

    Elmi islahatlar 

    Təhsildə keyfiyyət təminatı 

   Elmi-pedaqoji jurnalistika 

 

 Təlimlərdə hazırda ölkə mediasında fəaliyyət göstərən jurnalistlər iştirak edə bilərlər. Maraqlanan şəxslər qeyd olunan mövzularla tanış olduqdan sonra xüsusi müraciət forması vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatın ilkin mərhələsi 30 apreldə yekunlaşacaq.

 

 Qeydiyyatdan keçmiş namizədlər arasından seçiləcək iştirakçılara təlimlərin vaxtı və məkanı barədə əvvəlcədən fərdi şəkildə məlumat veriləcək. Təlimlər may ayından başlayaraq ilboyu davam edəcək. 

 

 Müraciət üçün keçid: https://forms.gle/ytEHbohpYncsVcBS7

 

 Sual və təkliflər üçün elektron poçt: [email protected]

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.