Vakansiya: Kadrlar şöbəsi üzrə təcrübəçi.
Şirkətimiz kadrlar sahəsində peşəkar inkişaf etmək istəyən, məsuliyyətli və öyrənməyə həvəsli namizədlər üçün təcrübə proqramı elan edir.
Namizədə tələblər:
• Ali və ya orta ixtisas təhsili və ya hər hansı HR kurslarını bitirən, 18-25 yaş gənclər
• Səliqəli, intizamlı və çalışqan olmaq
• Tabeçilik, icraçılıq və korporativ etik davranış qaydalarına riayət etmək
• Verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək
• Ünsiyyət bacarıqları və komandada işləmək qabiliyyəti
• MS Office proqramlarında ilkin biliklər
Əsas vəzifələr:
• Kadr sənədlərinin hazırlanması və rəsmiləşdirilməsində iştirak
• İşçilərin şəxsi işlərinin təşkili və arxivləşdirilməsi
• Daxili sənədləşmə və yazışmalarda dəstək göstərmək
• HR proseslərinin icrasında iştirak etmək
Təklif edirik:
• Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun nəzəri biliklərin öyrədilməsi
• Kadr uçotu və sənədləşmə üzrə praktiki biliklərin real iş mühitində mənimsədilməsi
• Peşəkar mühitdə inkişaf və təcrübə qazanmaq imkanı
• Perspektivli namizədlər üçün gələcəkdə işlə təmin olunma imkanı
İş yeri: Bakı, İçərişəhər
İş qrafiki: 09:00-18:00 (istisna halları müzakirə etmək mümkündür), 5/2
Maraqlanan namizədlər CV-lərini (azərbaycan dilində, üzərində foto olmaqla), mövzu yerində “HR təcrübəçi “ qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.
Xahiş edirik qeyd olunan vakansiyaya aid olmayan (dəxlisiz) müraciətlərinizi (CV) qəti göndərməyəsiniz!
Belə halda CV-ləriniz “Spam” bölməsinə düşəcək