VMF KAFE – Kafe əməliyyatlarına nəzarət üzrə rəhbər axtarılır!
VMF KAFE komandasına kafenin gündəlik fəaliyyətini idarə edəcək, xidmət və məhsul keyfiyyətinə nəzarəti təmin edəcək təcrübəli və məsuliyyətli rəhbər axtarırıq.
Şərtlər:
Əməkhaqqı: Razılaşma yolu ilə
İş qrafiki: 6 günlük
Əsas vəzifə öhdəlikləri:
Kafenin gündəlik fəaliyyətinin və əməliyyat proseslərinin idarə edilməsi;
İşçi heyətinin fəaliyyətinə, iş bölgüsünə və əmək intizamına nəzarət;
Məhsul və xidmət keyfiyyətinin müəyyən edilmiş standartlara uyğunluğunun yoxlanılması;
Gigiyena, sanitariya və qida təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət;
Məhsulların saxlanma şəraiti, son istifadə tarixləri və anbar qalıqlarının yoxlanılması;
Məhsul itkiləri və israf hallarının araşdırılması, qarşısının alınması;
Müştəri şikayət və təkliflərinin araşdırılması, müvafiq tədbirlərin görülməsi;
Kafenin satış, xərc və digər əməliyyat göstəricilərinin təhlili;
Müəyyən edilmiş standartlardan kənarlaşmaların aşkarlanması və aradan qaldırılması;
Müntəzəm yoxlamaların keçirilməsi və rəhbərliyə hesabatların təqdim edilməsi;
İş proseslərinin təkmilləşdirilməsi və xidmət keyfiyyətinin artırılması.
Namizədə tələblər:
Kafe, restoran və ya ictimai iaşə sektorunda idarəetmə üzrə iş təcrübəsi;
Komanda idarəetməsi və rəhbərlik bacarığı;
Qida təhlükəsizliyi, sanitariya və xidmət standartları üzrə biliklər;
Əməliyyat proseslərini təhlil etmək və problemləri operativ həll etmək bacarığı;
Hesabatların hazırlanması və göstəricilərin təhlili bacarığı;
Təşkilatçılıq, liderlik və yüksək məsuliyyət hissi;
Tələbkarlıq, diqqətlilik və operativ qərarvermə bacarığı.
Müraciət:
CV-nizi e-mailin mövzu hissəsində “Kafe əməliyyatlarına nəzarət üzrə rəhbər” qeyd etməklə [email protected] ünvanına göndərin.
Əlaqə: 050 257 80 36