Karyeranıza Evamed-də Başlayın: Kiçik Kimyaçı

EVAMED şirkəti kimya, kimya mühəndisliyi və ya müvafiq sahələr üzrə ali təhsilini yeni başa vurmuş, laboratoriya və istehsalat proseslərində praktiki təcrübə qazanmaq istəyən gənc mütəxəssisləri komandaya dəvət edir. Proqramın məqsədi nəzəri bilikləri olan namizədlərə peşəkar mühitdə təcrübə qazandırmaq və gələcək fəaliyyət üçün kadr yetişdirməkdir.

 

Təklif olunanlar və şərtlər:

Real iş mühitində praktiki təcrübə və peşəkar inkişaf imkanı;

Sahə mütəxəssislərinin rəhbərliyi altında iş prinsiplərini öyrənmək;

Qarşılıqlı uyğunluğun qiymətləndirilməsi məqsədilə 1 həftəlik sınaq müddəti tətbiq olunacaqdır.

 

Namizədə dair tələblər:

Kimya, Kimya mühəndisliyi və ya bənzər istiqamətlər üzrə ali təhsil (yeni məzunlar);

Sahəyə yüksək maraq, öyrənməyə meyllilik və intizam;

Komandada işləmək bacarığı və məsuliyyətlilik.

 

Müraciət qaydası:

Götərilən tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində "Kiçik Kimyaçı" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.