Qərb bölgəsində, Şəmkir rayonunda aqrar sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərindən biri olan "Rövşənoğlu Holding" MMC universiteti yeni bitirmiş və ya peşəkar karyerasına başlamaq istəyən gənclər üçün Təcrübə Proqramına qeydiyyatı açıq elan edir.

 

Bu proqram iştirakçılara:

 Real iş mühitində təcrübə qazanmaq,

 Nəzəri biliklərini praktikada tətbiq etmək,

 Peşəkar bacarıqlarını inkişaf etdirmək,

 Təcrübəli mütəxəssislərlə birgə çalışmaq və

 Uğurlu nəticə əldə etdikləri halda holdinqin müvafiq şirkətlərində işə qəbul olunmaq imkanı təqdim edir.

 

 Açıq istiqamətlər

Aqronomluq (Tərəvəzçilik) – 5 yer

 Suvarma Sistemləri üzrə Mühəndis – 3 yer

Marketinq və Biznesin Təşkili – 3 yer

 Təcrübə proqramının keçiriləcəyi yer - Şəmkir rayonu

 

 Seçim prosesi

Reklam

 

1️ CV-lərin qəbulu və ilkin qiymətləndirilməsi

İnsan Resursları komandası müraciətləri nəzərdən keçirəcək.

 

2️ Təcrübə proqramına qəbul

Seçilmiş namizədlər proqram çərçivəsində praktiki fəaliyyətə başlayacaqlar.

 

3️ İş imkanı

Təcrübə proqramını uğurla başa vuran iştirakçılar holdinqin müvafiq şirkətlərində vakansiyalar üzrə işlə təmin olunmaq imkanı əldə edəcəklər.

 

 Müraciət

CV-nizi müraciət etdiyiniz ixtisasın adını mövzu hissəsində qeyd etməklə aşağıdakı ünvana göndərin:

 

 [email protected]

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.