Kassir / Aparıcı Kassir/ Baş Kassir ( 3 saylı şöbə, Mərkəz, Qəbələ, Gəncə filialı)

 

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

Ali təhsil;

Bank və ya bank olmayan kredit təşkilatında 1-3  il iş təcrübəsi;

Azərbaycan dilində sərbəst danışıq bacarığı , ingilis və rus dilini bilmək arzu olunandır;

Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;

MS Office proqramlarında işləmək bacarığı;

İntensiv rejimdə işləmək bacarığı;

Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.

 

İŞİN TƏSVİRİ:

Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;

Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;

Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;

Dövriyyəyə yararsız pul əskinazlarının qəbul edilməsini və dəyişdirilməsini həyata keçirmək;

Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq;

Müştərilərə çek kitabçalarını vermək;

Filialda nağd pul və digər qiymətlilərin gündəlik uçotunu və hesabatını aparmaq.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kassir / Aparıcı Kassir/ Baş Kassir ( 3 saylı şöbə, Mərkəz, Qəbələ, Gəncə filialı) ” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.