“Bank Respublika” ASC “Naxçıvan” filialı üçün “Kassir” vəzifəsi üzrə vakansiya elan edir. Ümumi vəzifə öhdəlikləri:

  • Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
  • Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
  • Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
  • Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
  • Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq.

Namizədə qarşı tələblər:

  • Təhsil: (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma;
  • Yüksək ünsiyyət bacarığı;
  • Əzmkarlıq, düzgünlük, çalışqanlıq;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində Kassir (Naxçıvan filialı) qeyd etməklə 23 mart 2022-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.   Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. __________________________________________________________________________________________________________

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM: Edumap.az - Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM: @edumap.az

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.