Kekalove Adaptive-dən Əlilliyi olan şəxslər üçün Modellik Proqramı

Özünü kamera qarşısında görən, yeniliklərə açıq olan və sosial mühitdə təcrübə qazanmaq istəyən əlilliyi olan şəxslər axtarılır.

Tələblər:

-Modelliyə maraq, kamera qarşısında rahat olmaq,

-6 ay ərzində, hər ay 2 gün (ümumi 12 gün) minimum 6 saat vaxt sərf edə bilmək.

-Kekalove Adaptive səhifəsində canlı yayınlarda iştirak edərək modellər üçün hazırlanmış geyimləri nümayiş etdiriləcək, müzakirələrdə aktiv iştirak ediləcək,

-Hazırlanan geyimlərin funkisonallığı və rahatlığının ölçülməsi məqsədli araşdırmada iştirak olunacaq,

-Milli Məclisin üzvləri, hökumət, QHT və özəl sektordan olan təşkilatların nümayəndələri ilə görüşlərdə Kekalove Adaptive brendini təmsil edəcəklər.

Ümumi 12 modelin iştirakı nəzərdə tutulub. Hər bir modelin öz ölçüsünə uyğun 4 adaptiv geyim hazırlanacaq. Ayda 2 dəfə görüşlərdə tam iştirak etməkdən əlavə heç bir digər şərt yoxdur.

Biz nə təklif edirik:

-Görüşlərə nəqliyyat xərcini qarşılanır,

-İştirakçılar üçün atışdırmalıqlar təmin olunur,

-Peşəkar fotosessiyalar keçirilir,

-Modellik karyerasının inkişafı üçün dəstək verilir,

-Layihə yekunlaşdıqdan sonra sertifikat və tövsiyyə məktubu ilə təmin olunur.

-Əlavə olaraq, görüşlər zamanı müxtəlif şəxslərin təcrübələrindən yararlanmaq, öyrənmək və əlaqələrini genişləndirmək imkanı.

Suallar yaranarsa: 055 984 6210

Müraciət üçün: https://forms.gle/pNYv8CPAB2bD8nxy7

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.