Azərbaycan İdman Akademiyası Keyfiyyət təminatı və tələbələrə akademik dəstək departamenti Mütəxəssis vəzifəsinə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
· Akademiyada tələbə, məzun, işəgötürən və digər maraqlı tərəflər arasında keçirilən sorğuların hazırlanması, təşkili və nəticələrinin statistik təhlilində iştirak;
· İnstitusional və proqram akkreditasiyası prosesləri çərçivəsində məlumatların toplanması, sistemləşdirilməsi və hesabatların hazırlanmasına dəstək;
· Daxili keyfiyyət təminatı mexanizmlərinin tətbiqi və təkmilləşdirilməsi prosesində iştirak;
· Akademiyada keyfiyyət mədəniyyətinin formalaşdırılması və inkişafına yönəlmiş tədbir və layihələrdə iştirak;
· Fakültə və kafedralarla əməkdaşlıq edərək keyfiyyət təminatı üzrə sənədlərin hazırlanması və yenilənməsi;
· Strateji inkişaf planı və illik fəaliyyət planı üzrə göstəricilərin monitorinqinə dəstək;
· Departament rəhbərliyi tərəfindən verilən digər tapşırıqların icrası.
Namizədə dair tələblər:
· Ali təhsil (magistr dərəcəsi arzuolunandır);
· Təhsil sahəsini tənzimləyən qanunvericilik və normativ sənədlərlə işləmək bacarığı;
· Keyfiyyət təminatı, akkreditasiya və ya təhsil sahəsində iş təcrübəsi üstünlükdür;
· Analitik düşüncə və statistik məlumatların təhlili bacarığı;
· Kompüter bacarıqları (MS Office proqramları, xüsusilə Excel; məlumatların emalı bacarığı);
· İngilis dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
· Sənədlərlə işləmək və kargüzarlıq bacarıqları;
· Dəqiqlik, məsuliyyətlilik, operativlik və detallara diqqət;
· Komandada işləmək və effektiv ünsiyyət bacarığı;
· Çevik qərarvermə və dəyişkən iş mühitinə uyğunlaşma bacarığı.
İş şərtləri:
Həftə içi 5 gün : 09:00 – 18:00-dək (nahar fasiləsi 13:00-14:00).
Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98
Müraciət qaydası
Son müraciət tarixi: 27 mart 2026-cı il
Qeyd olunan tələblərə uyğun olan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər (Mövzu hissəsində vəzifənin adının göstərilməsi mütləqdir).
Yalnız tələblərə cavab verən əməkdaşlar müsahibə mərhələsinə dəvət olunacaqlar.