Vakansiya: Keyfiyyətə Nəzarət üzrə (kiçik) Mütəxəssis
"Fin-Plast International" MMC
İstehsal prosesində keyfiyyətin təmin olunması məqsədilə komandamıza Keyfiyyətə Nəzarət üzrə (kiçik) Mütəxəssis axtarırıq.
Əsas öhdəliklər:
İstehsaldan çıxan məhsulların keyfiyyətinə nəzarətin həyata keçirilməsi;
Xammalın keyfiyyət göstəricilərinin yoxlanılması;
Keyfiyyət problemi aşkarlanan məhsul və xammalların araşdırılması və səbəblərin müəyyən edilməsi;
Müştəriyə göndəriləcək məhsulların son yoxlanışı;
Zədəli məhsulların ayrılması və keyfiyyət problemlərinin araşdırılması;
Məhsulların ölçü, çəki və say normalarına uyğunluğunun yoxlanması;
Məhsulların düzgün və standartlara uyğun paketlənməsinə nəzarət edilməsi.
Tələblər:
Müvafiq sahə üzrə ali təhsil;
ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi üzrə biliklər;
Keyfiyyət standartları, daxili prosedur və təlimatlarla işləmə bacarığı;
Analitik düşünmə və keyfiyyət problemlərinin araşdırılması bacarığı;
İş şəraiti:
Növbəli iş qrafiki;
Nahar və Sumqayıt daxili servis şirkət tərəfindən təmin edilir.
Müraciət üçün:
Maraqlanan namizədlər müraciət edə bilərlər.