Vakansiya- Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Bəy namizəd)

 

Şirkət: Milla Dairy MMC

İş yeri: Müşfiq qəsəbəsi

Şöbə: Keyfiyyətə nəzarət – Süd məhsulları bölməsi

Əməkhaqqı: 600–AZN

İş qrafiki: 3 növbəli iş rejimi, 24/7 istehsalat fəaliyyəti çərçivəsində

 

Əsas vəzifə öhdəlikləri:

 Süd və süd məhsullarının mikrobioloji, fiziki-kimyəvi və digər keyfiyyət göstəricilərinin yoxlanılması;

 Laboratoriya analizlərinin aparılması və nəticələrin qeydə alınması;

 İstehsalat prosesində keyfiyyət göstəricilərinə nəzarət edilməsi;

 İstehsalat sahəsində gigiyena və qida təhlükəsizliyi qaydalarına riayət olunmasının yoxlanılması;

 HACCP, ISO 9001 və FSSC 22000 standartları üzrə prosedur və sənədləşmə işlərinin aparılması;

 Mikrobiologiya laboratoriyasının və keyfiyyət sisteminin fəaliyyətinə dəstək göstərilməsi;

 İstehsalat prosesi və müvafiq şöbələrlə koordinasiyanın təmin edilməsi;

 Laboratoriyada təhlükəsizlik qaydalarına və kimyəvi maddələrlə iş tələblərinə riayət edilməsi.

 

Namizədə tələblər:

 Qida texnologiyası, biologiya və ya qablaşdırma texnologiyası üzrə ali təhsil;

 İş təcrübəsi olmayan və ya 1 ilədək iş təcrübəsi olan namizədlər müraciət edə bilərlər;

 Azərbaycan dilini bilmək, ingilis dili biliyi üstünlükdür;

 Kompüter üzrə ilkin biliklər;

 HACCP, qida təhlükəsizliyi və ISO standartları üzrə biliklər arzuolunandır;

 Laboratoriya şəraitində və növbəli iş rejimində işləmək bacarığı.

 

Əlavə məlumat:

 Vakansiya üzrə 1 nəfər kişi namizəd tələb olunur;

 İş qrafiki növbəlidir, həftədə 2 istirahət günü nəzərdə tutulur.

 

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] göndərərək vakansiyaya müraciət edə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.