Vakansiya: Keyfiyyətə nəzarət üzrə mütəxəssis
İş yeri və iş qrafiki: Tam ştat, Xankəndi şəhəri
Vəzifə Öhdəlikləri:
-Xəstəxanada keyfiyyət idarəetmə sisteminin qurulması və inkişafının təmin edilməsi
-Beynəlxalq və yerli standartlara uyğun sənədlərin hazırlanmasına dəstək
-Xidmət keyfiyyətinin təhlili və təkmilləşdirmə təkliflərinin verilməsi
-Məmnuniyyət sorğularının keçirilməsi və nəticələrin analiz olunması
-Akreditasiya və sertifikasiya proseslərinə hazırlıq və sənədləşmə işləri
-Daxili auditlərin təşkili və nəticələrin təqdim edilməsi
-Keyfiyyət göstəricilərinin izlənməsi və hesabatların hazırlanması
-Bölmələrarası proseslərin standartlara uyğunluğunun təmininə dəstək
-Risklərin və səhvlərin analiz olunması, inkişaf yönümlü tədbirlərin təklif edilməsi
-Xarici yoxlamalar zamanı əlaqələndirmə funksiyasının yerinə yetirilməsi
Tələblər
-Menecment, ictimai səhiyyə və ya əlaqəli sahə üzrə Ali təhsil
-Xəstəxanalarda və ya səhiyyə müəssisələrində keyfiyyət idarəetməsi sahəsində minimum 3-5 il iş təcrübəsi
-İngilis dili: yazılı və şifahi formada sərbəst istifadə etmək bacarığı
-Beynəlxalq və milli standartlar üzrə təcrübə və sənədlərlə iş bacarığı
-Keyfiyyət idarəetməsi sahəsində (ISO, JCI, CQI və s.) aidiyyəti üzrə beynəlxalq və ya yerli sertifikatlar.
-Keyfiyyət sənədlərinin (prosedur, siyasət, təlimat və s.) hazırlanması, yayımlanması və dövri yenilənməsi üzrə təcrübə
-Daxili auditlərin təşkili, həyata keçirilməsi və nəticələrə əsasən tədbirlərinin planlaşdırılması sahəsində biliklər
-Klinik və inzibati risklərin dəyərləndirilməsi, hadisə araşdırması və təkmilləşdirmə planlarının hazırlanması bacarığı
-Məmnuniyyət sorğularının təşkili, məlumatların təhlili və hesabatların hazırlanması üzrə təcrübə
-Akreditasiya və sertifikasiya prosesləri üzrə sənədlərlə işləmək təcrübəsi
-Komanda ilə işləmək və struktur bölmələrə metodiki dəstək göstərmək bacarığı
-Təşkilatçılıq qabiliyyəti, analitik düşüncə və hesabatlılıq vərdişləri
Müraciət Qaydası:
Maraqlanan şəxslər 17 oktyabr 2025-ci il tarixinədək [email protected] elektron poçt ünvanına “Keyfiyyətə nəzarət üzrə mütəxəssis ” başlığı ilə CV göndərməlidirlər.