Restoran və Keyterinq sahəsində fəaliyyət göstərən şirkətimizə Keyfiyyətə Nəzarət üzrə təcrübəçi axtarırıq!

 

Əsas vəzifə və öhdəliklər:

• İstehsal prosesində məhsulun keyfiyyət göstəricilərinin izlənilməsində iştirak;

• Xammal, yarımfabrikat və hazır məhsulun keyfiyyət standartlarına uyğunluğunun yoxlanılmasına dəstək;

• Gigiyena, sanitariya və qida təhlükəsizliyi qaydalarına əməl olunmasının monitorinqində iştirak;

• Gündəlik keyfiyyət yoxlamalarının aparılması və nəticələrin qeydiyyatı;

• Uyğunsuzluqların aşkarlanması və aradan qaldırılması prosesində keyfiyyət komandasına dəstək;

• Şöbənin gündəlik əməliyyat fəaliyyətlərinin icrasında iştirak.

 

Tələblər:

• Qida texnologiyası, qida mühəndisliyi, qida təhlükəsizliyi və ya əlaqəli sahələr üzrə ali təhsil (yeni məzunlara üstünlük verilir);

• Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi sahəsində karyera qurmaq istəyi;

• Məsuliyyətli, diqqətli və öyrənməyə açıq olmaq;

• MS Office proqramları üzrə baza bilikləri;

Reklam

• Analitik düşüncə, detallara diqqət və komandada işləmə bacarığı.

 

Təklif edirik:

• Qida istehsalı sahəsində keyfiyyətə nəzarət üzrə praktiki iş təcrübəsi;

• Peşəkar inkişaf və mentor dəstəyi;

• Təcrübə müddətinin sonunda daimi iş imkanı;

• Karyera inkişafı üçün stabil və dəstəkləyici iş mühiti;

• İş qrafiki: 08:00–17:00;

• İş yeri: Ağ Şəhər;

• Nahar və yol xərci qarşılanır;

• Təcrübə müddəti – 2 ay.

 

Tələblərə cavab verən namizədlərdən məktubun mövzu (subject) hissəsində “Keyfiyyətə Nəzarət üzrə Təcrübəçi” qeyd etməklə CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.