“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ Keyfiyyətə nəzarətin idarəedilməsi üzrə mütəxəssis vəzifəsi üzrə vakant yer elan edir:
Mövcud iş yeri:
“Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs
Əmək haqqı:
Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
▪️Ali tibb təhsili
▪️Sahə üzrə 3 il iş təcrübəsi
▪️Kompüter bilikləri: Microsoft Office (yaxşı səviyyədə)
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
▪️ Komandada işləmə;
▪️Məsuliyyətlilik;
▪️Nəticəyönümlülük;
▪️Təşkilatçılıq;
▪️İntizamlılıq.
İşin təsviri:
▪️TƏBİB-in Keyfiyyətin İdarə Olunması Şöbəsi ilə koordinasiyalı şəkildə təsdiq edilmiş keyfiyyət standartlarının tətbiqini təmin etmək;
▪️TƏBİB-dən daxil olan sənədlər əsasında tibb müəssisələrində tətbiq olunan keyfiyyət standartlarına dair sənədləri hazırlamaq, ehtiyac olduqda yeniləmək və təsdiq üçün rəhbərliyə təqdim etmək;
▪️Təsdiq olunmuş standartlar əsasında müəssisə rəhbəri ilə birlikdə şöbələr üzrə hədəfləri müəyyən edib iş planı hazırlamaq;
▪️TƏBİB tərəfindən keyfiyyətin idarə olunmasına dair göndərilən sənədləri aidiyyəti şöbələrə çatdırmaq və qeydiyyatını aparmaq;
▪️Keyfiyyətin idarə edilməsi ilə bağlı təlim planı hazırlamaq, təlimləri təşkil edib qeydiyyatını aparmaq;
▪️Keyfiyyət standartlarının tətbiqində yaranan problemlərlə bağlı maraqlı tərəflərin iştirakı ilə iclaslar keçirmək və protokollaşdırmaq;
▪️İnfeksiyaların profilaktikası və nəzarət üzrə komitələrin hesabatlarını toplamaq, təhlil etmək və keyfiyyət üzrə hesabatlara daxil etmək;
▪️Arzuolunmaz hadisələrin qeydiyyatı və protokollaşdırılmasını təşkil etmək, korreksiyaedici və preventiv tədbirlərin icrasına nəzarət etmək;
▪️Keyfiyyət standartlarının tətbiqi üzrə dövri hesabatları qiymətləndirmə meyarlarına uyğun hazırlayıb TƏBİB-ə təqdim etmək;
▪️Hesabatların nəticələrini müzakirə etmək üçün rəhbərlik və maraqlı tərəflərlə iclaslar təşkil edib protokollaşdırmaq.
Müraciət qaydası:
CV [email protected] ünvanına göndərilməlidir;
Mövzu sətrində “Salyan RMX – Keyfiyyətə nəzarətin idarəedilməsi üzrə mütəxəssis” qeyd olunmalıdır;
CV-lər 17 Oktyabr 2025-ci il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.