“ACON Consulting” MMC hüquq sahəsində praktiki biliklərini və vərdişlərini artırmaqda maraqlı olan, öyrənməyə həvəsli, komandada işləmək bacarığı olan gənclər üçün “Kiçik hüquqşünas” vakansiyasını elan edir.
- İş vaxtı həftənin 1-5 ci günlər (tam iş qrafiki)
Namizədə dair tələblər:
Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (müvafiq sahədə başlanğıc praktik təcrübəsi olanlara üstünlük veriləcəkdir)
- İngilis dilində B2 səviyyəsində olmalı
- Ünsiyyət qurma və komandada işləmək bacarığı
Görüləcək işlər:
- Müqavilələrin tərtibi,
- Hüquqi rəylərin hazırlanması,
- Sorğu, vəsatət, apellyasiya və kassasiya şikayətlərinin və ərizələrin yazılması.
- Müştərilərin və şirkətin maraqlarının müvafiq dövlət qurumlarında təmsil olunması
- Veriləcək digər hüquqi tapşırıqların icra olunması
Əmək haqqı müsahibə əsasında müəyyən ediləcəkdir.
Maraqlanan şəxslər CV-ni [email protected] ünvanına göndərə bilər.