Azera Holding-in tərkibində fəaliyyət göstərən müxtəlif profilli şirkətlər (istehsalat, tibb və satış sahələri) Kiçik Mühasib vəzifəsi üzrə vakansiya elan edir.

 

Tələblər: 

• Ali təhsil;

• Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi;

• Azərbaycan dilini sərbəst bilmək;

• MS Office proqramlarında işləmək bacarığı;

• 1C proqramı üzrə biliklər ;

• Ünsiyyətcil, dürüst, məsuliyyətli olmaq;

• Komandada işləmək və stress altında fəaliyyət göstərmək bacarığı.

 

 Vəzifə öhdəlikləri:

• Mühasibat sənədlərinin hazırlanması və uçotunun aparılması;

• Maliyyə əməliyyatlarının düzgün və vaxtında qeydiyyatı;

• Hesabatların hazırlanmasında iştirak;

• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

 

 Təklif edirik:

 Stabil iş mühiti;

 Peşəkar inkişaf və karyera imkanları;

Əmək haqqı: 700-900 AZN

 

 Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kiçik Mühasib” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.