Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İnzibati idarəetmə departamentinin İnzibati idarəetmə və təsərüffat şöbəsinə Kiçik mütəxəssis (qeydiyyatçı) vəzifəsi üzrə vakansiya elan edir

 

İş yeri: 

Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

 

Əmək haqqı:

Rəqabətədavamlı əmək haqqı

 

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

       Ali təhsil

       Sahə üzrə 1 il iş təcrübəsi

       Kompüter bilikləri: MS Office proqramları – yaxşı

 

 Bacarıqlara dair tələblər:

·     Komandada işləmə bacarığı

·     Ünsiyyət bacarığı

·     Nəticəyönümlülük

·     Məsuliyyətlilik

·    İntizamlılıq

 

İşin təsviri:

·      Ofisə gələn qonaqların qarşılanması və qeydiyyatının aparılması;

·     Qonaqların müvafiq əməkdaşlara və ya departamentlərə yönləndirilməsi və giriş-çıxışlarına nəzarət edilməsi

·      Daxil olan zənglərin qəbulu, cavablandırılması və aidiyyəti üzrə ötürülməsi;

·      Gözləmə sahəsinin səliqəli və hazır vəziyyətdə saxlanılması;

·      Şöbənin fəaliyyəti çərçivəsində rəhbərlik və ya digər departamentlər tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

 

 Əlavə qeydlər:

       İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;

       İş vaxtı: 09:00 – 18:00.

 

 Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

 

·       CV [email protected] ünvanına göndərilməlidir;

·       Mövzu sətrində “Qeydiyyatçı” qeyd olunmalıdır;

·       CV-lər 16 iyun, 2026-cı  il tarixinə qədər göndərilməlidir.

 

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

 

Diqqət: IT təhlükəsizliyi səbəbilə *yandex.ru, *mail.ru, *list.ru, *inbox.ru, *bk.ru, *yahoo.com. domenlərindən e-məktub qəbul edilmədiyini nəzərə alaraq, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.