VAKANSİYA |Kimyəvi Metodlar üzrə Tətbiq və Satış Mütəxəssisi

 

Bayramlı Group komandamıza Kimyəvi Metodlar üzrə Tətbiq və Satış Mütəxəssisi axtarır!

 

Əgər siz laboratoriya mühitində çalışmış, kimyəvi analiz metodlarına bələd və texniki biliklərinizi satış və tətbiq sahəsində inkişaf etdirmək istəyirsinizsə, bu fürsət sizin üçündür.

 

 Vəzifə öhdəlikləri:

 • Kimya laboratoriyaları və sənaye müəssisələri üçün məhsulların texniki təqdimatı, tətbiqi və istifadəyə verilməsi

 • Müştəri ehtiyaclarının təhlili və uyğun texniki-kommersiya həllərinin hazırlanması

 • Satış prosesinin bütün mərhələlərinin idarə olunması

 • Laboratoriya avadanlıqlarının quraşdırılması və işə salınmasında iştirak

 • Kimyəvi analiz metodları üzrə tətbiqi texniki dəstəyin göstərilməsi

 • Müştərilər üçün təlim və təqdimatların təşkili

 • Satış və tətbiqi dəstək üzrə hesabatların hazırlanması

 • Bazarın və müştəri seqmentlərinin təhlilində iştirak

 • Beynəlxalq istehsalçı və tərəfdaşlarla texniki və kommersiya yazışmalarının aparılması

 

Vəzifə tələbləri:

 • Kimya, analitik kimya, kimya mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil

 • Laboratoriya avadanlıqları və kimyəvi analiz metodları üzrə minimum 2 il iş təcrübəsi

 • Analiz metodları və laboratoriya prosesləri üzrə praktik biliklər

 • Yüksək kommunikasiya və təqdimat bacarıqları

 • Satış və müştəri yönümlü yanaşma

 • Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmə (rus dili üstünlükdür)

 • Xarici və daxili ezamiyyətlərdə iştirak imkanı

 

Müraciət qaydası:

CV-nizi [email protected] elektron ünvanına, mövzu hissəsində

“Kimyəvi Metodlar üzrə Tətbiq və Satış Mütəxəssisi” qeyd etməklə göndərməyinizi xahiş edirik.

 

Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.