Kitabxanaçı vakansiyası

 

Struktur: Tibb və sağlamlıq elmləri fakultəsi

İş yeri və iş qrafiki: Tam ştat, Xankəndi şəhəri

 

Vəzifə Öhdəlikləri:

Fakültəyə uyğun dərslik, elmi məqalə, dissertasiya və digər materialların qeydiyyatını və yerləşdirilməsini təmin etmək.

Tələbə və müəllimlərə elmi resursların axtarışında və istifadəsində köməklik etmək

Kitabların verilməsi və qaytarılmasını izləmək, müvafiq qeydiyyatları aparmaq.

Elektron kataloqların və məlumat bazalarının idarəsini və yenilənməsini həyata keçirmək.

Oxucu fəaliyyəti, kitabxana resurslarının istifadəsinə dair hesabatlar hazırlamaq.

Kitabxana daxilində davranış qaydalarına riayət olunmasına nəzarət etmək.

Kitabxana sistemləri və proqramları ilə işləmə bacarığını tətbiq etmək.

Kitabxana fondunun qorunmasını və səmərəli istifadəsini təmin etmək.

 

Tələblər

Kitabxanaçılıq, informasiya idarəçiliyi və ya əlaqəli sahə üzrə ali və ya orta ixtisas təhsili.

Üstünlükdür: Təhsil müəssisəsində kitabxana işi üzrə təcrübə, kitabxana idarəetmə proqramları, e-kitabxana, elektron kataloqlar və elmi informasiya bazaları ilə işləmə bacarığı

Microsoft Office proqramları ilə sərbəst işləmək bacarığı.

Azərbaycan dilində sərbəst yazı və danışıq bacarığı. Elmi mənbələrlə işləmək üçün ən azı orta səviyyədə ingilis dili biliyi

Oxucu və əməkdaşlarla nəzakətli, peşəkar ünsiyyət qurmaq bacarığı.

Akademik və inzibati sənədlərlə diqqətli və sistemli şəkildə işləmək bacarığı.

İstinad qaydaları, plagiat anlayışı və elmi yazı prinsipləri barədə anlayışa malik olmaq

 

Maraqlanan şəxslər 14 oktyabr 2025-ci il tarixinədək [email protected] elektron poçt ünvanına “Kitabxanaçı ” başlığı ilə CV göndərməlidirlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.